Ana Sayfa > İqtisadiyyat > Kürdəmirdə bostan sahələri məhv ola bilər

Kürdəmirdə bostan sahələri məhv ola bilər


22-05-2016, 20:20. Yazar: admin
Kürdəmirdə bostan sahələri məhv ola bilər




Kürdəmir rayonunun bir sıra kəndlərində bostançılıqla məşğul olan sakinlər çətinliklə qarşılaşıblar.

Hər il dağ rayonlarından bostançılıq üçün arana köç edən qonşu rayon sakinləri, rayonun Mollakənd kənd ərazisində yerli kəndlilərə məxsus torpaqları icarəyə götürərək burda bostançılıqla məşğul olurlar.
Kəndlilərin sözlərinə görə, bu il suvarma suyunun az olması məhsulun azalmasına səbəb olacaq. Sahələrdə daha çox yemiş, qarpız, xiyar və pomidorun əkildiyini deyən kəndlilər su olmadığı halda bütün məhsulların tələf olacağını bildirirlər.
Fermerlərin sözlərinə görə, suvarma suyunun gecikməsi səbəbindən bu il məhsulun bazara cıxarılması bir qədər ləngiyəcək.
Xatırladaq ki, Kürdəmir rayonunda 65000 ha əkin sahəsi var ki, bunun da 4100 ha bostan sahələrinin payına düşür.

aia.az
Geri dön