Ana Sayfa > Seçki 2024 > AMEA-nın Azad Həmkarlar İttifaqının dəstəyi ilə Polimer Materialları İnstitutunun əməkdaşları üçün gəzinti təşkil olunub

AMEA-nın Azad Həmkarlar İttifaqının dəstəyi ilə Polimer Materialları İnstitutunun əməkdaşları üçün gəzinti təşkil olunub


26-07-2022, 13:02. Yazar: sevinc1
AMEA-nın Azad Həmkarlar İttifaqının dəstəyi ilə Polimer Materialları İnstitutunun əməkdaşları üçün gəzinti təşkil olunub

AMEA-nın Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə Polimer Materialları İnstitutunun əməkdaşlarının asudə vaxtlarını səmərəli qeyd etmələri məqsədi ilə Azərbaycanın səfalı yerlərinə qısamüddətli gəzintisi təşkil edilib.
Polimer Materialları İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə institutun 54 əməkdaşı Quba rayonuna təşkil edilmiş bir günlük gəzintidə iştirak ediblər. Əməkdaşlar Qəçreş və Səringöl istirahət mərkəzlərində olublar. İnstitut əməkdaşları bölgənin adət-ənənələri haqqında məlumat alıb, görməli yerləri ilə tanış olub, təbiətin qoynunda yaddaqalan bir gün keçiriblər. Tur zamanı, həmçinin əməkdaşlar üçün müxtəlif əyləncəli oyunlar keçirilib.

Aia.Az
Geri dön