Ana Sayfa > Ölkə > Bakıda hotelin qarşısında avtomobil piyadanı vuraraq öldürüb
Bakıda hotelin qarşısında avtomobil piyadanı vuraraq öldürüb25-07-2022, 10:38. Yazar: sevinc1 |
“Report”un əldə etdiyi məlumata görə, hadisə iyulun 24-ü saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən “Bilgəh beach” hotelinin qarşısında qeydə alınıb. Belə ki, Bakı sakini, 1986-cı il təvəllüdlü Sadiq Bəhlulov idarə etdiyi “Kia Rio” markalı avtomobillə hərəkətdə olan zaman hotelin qarşısında yolu keçən piyada, 1982-ci il təvəllüdlü Muradova Təranə İsmayıl qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. AİA.Az Geri dön |