Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Azərbaycanda ÜDM artdı

Azərbaycanda ÜDM artdı


13-08-2015, 13:51. Yazar: admin
Azərbaycanda ÜDM artdı
Yanvar-iyul aylarında.

2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 32,1 milyard manata çatıb.
Aia.az Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sahələrində ÜDM 9,0 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1,0 faiz artmış, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 57,5 faizdən 68,0 faizə yüksəlib.

ÜDM-in 35,0 faizi sənayenin, 13,6 faizi tikintinin, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,3 faizi isə xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib.
Geri dön