Ana Sayfa > Media > Mövsümi meyvələr piştaxtalarda: qiymət sərfəlidirmi?
Mövsümi meyvələr piştaxtalarda: qiymət sərfəlidirmi?21-05-2016, 21:12. Yazar: admin |
Mövsümi meyvələr artıq piştaxtalardakı yerini tutub. Bu meyvələr əsasən paytaxt bazarlarına Göyçay,Naxçıvan və Qərb bölgəsindən gətirilir.Qiymətlər isə bölgəyə görə fərqlənir. Məsələn, Göyçaydan gətirilən alça 4 manatadırsa, Naxçıvan göycəsi daha bahadır. Cəlilabaddan gələn çiyələk 1,50, Şəmkir çiyələyi isə 3 -4 manatdır. AIA.Az xezerxeber.com-a istinadən bildirir ki, yerli ərik hələ bazarlara az-az gətirildiyindən baha satılır. Satıcılar əriyin əsasən mayın axırında gətirildiyini deyir. Gilasın qiymətləri isə 5-10 manat arasında dəyişir. Piştaxtalarda az da olsa tut da görnmək mümkündür.Əsasən Şirvan və Sabirabad rayonlarından gətrililən tutun kiloqramı iri və xırdalığına görə 1,50 -3 manat arasındadır. Qiymətlərə alıcıların münasibəti isə birmənalı deyil. Kimisi məhsulların novbar olması ilə barışır, kimisi isə bahalığından şikayətlənir. aia.az Geri dön |