Ana Sayfa > Media > Əhali qazancının yarısını ərzağa xərcləyir -
Əhali qazancının yarısını ərzağa xərcləyir -21-05-2016, 21:09. Yazar: admin |
Əhali, əməkhaqqısının təxminən 50 %-ini yeməyə, içkiyə və siqaretə xərcləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 112 manatlıq ərzaq ,içki və tutun məmulatları alıb. Bu da o deməkdir ki, əhalinın maşının 50,5%-i bu xərclərə gedib. Dəblə geyinmək istəyi də xərcləri artırır. 17,2%-lik göstərici ilə geyim və ayaqqabıya təlabat statistikada ikinci yerdə qərarlaşır. Məişət avadanlığı və elektron cihazlara isə maraq böyükdür. Əmək haqqının 7,4 %-i elektrik malları və mebelin alınmasına sərf olunur. Pulun 5,7%-i isə avtomobil yanacağının payına düşür. Bu isə o deməkdir ki,əhalinin orta aylıq gəlirlərindən 30 manat bu istiqamətdə xərclənir. Əhali tərəfindən əczaçılıq və tibbi malların alınmasına 1,3% ayrılır. Statistikaya görə, maaşın 17,9%-i qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. aia.az Geri dön |