Ana Sayfa > Seçki 2024 > “EuroHome”da mağaza sahibini qətlə yetirən qardaşlar tutuldu

“EuroHome”da mağaza sahibini qətlə yetirən qardaşlar tutuldu


19-07-2022, 10:10. Yazar: sevinc1
“EuroHome”da mağaza sahibini qətlə yetirən qardaşlar tutuldu

Bakı-Sumqayıt şosesində yerləşən "EuroHome" ticarət mərkəzində kombi satışı ilə məşğul olan dükan sahibini qətlə yetirən şəxslər tutulub.

AIA.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlunu qətlə yetirməkdə şübhəli bilinən Vüsal və Rafayıl Yusibov qardaşları tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmiddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.


Geri dön