Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Azərbaycanda 40 dərəcə isti olacaq
Azərbaycanda 40 dərəcə isti olacaq13-08-2015, 13:45. Yazar: admin |
![]() Mülayim şərq küləyi əsəcək. Avqustun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Aia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 28-29 dərəcə olması gözlənilir. Azərbaycanın rayonlarında isə hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq. Geri dön |