Ana Sayfa > Qərbi Azərbaycan > Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda daha iki Vətən müharibəsi qazisi əməliyyat olunub

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda daha iki Vətən müharibəsi qazisi əməliyyat olunub


18-07-2022, 10:54. Yazar: sevinc1
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda daha iki Vətən müharibəsi qazisi əməliyyat olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda daha iki Vətən müharibəsi qazisi - Elvin Tağızadə və Qulu Ağaşov əməliyyat olunub.

AİA.Az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, institutun direktoru Elviz Qasımovun rəhbərliyi ilə hər iki əməliyyat travmatoloq-cərrah Kamil Eyvazov tərəfindən icra edilib.

Müharibə zamanı Elvin Tağızadənin baldır və bud nahiyələri qəlpə ilə yaralanıb. Onun baldır nahiyəsində sümük qısalığı, əzələ və damar sinir paketində isə zədələnmə olub. Eyni zamanda, onun pəncə nahiyəsində sinir zədələnməsi səbəbindən “sallanmış ayaq” sindromu yaranıb. Xəstəyə aşıq-baldır oynağının artrodez əməliyyatı və ayaq deformasiyasının ləğvi əməliyyatı icra edilib. Əməliyyat uğurla nəticələnib və ayağın deformasiyası tam olaraq aradan qaldırılıb.

Qulu Ağaşov isə bud nahiyəsindən qəlpə ilə yaralanıb. Aşağı ətrafda oturaq sinir zədələnməsi səbəbindən ayaq nahiyəsində deformasiya baş verib. Eləcə də müayinə zamanı ayağının orta hissəsində yarımçıxıq olduğu da bəlli olub. Əməliyyatı uğurla baş tutub və ayağının deformasiyası tamamilə aradan qaldırılıb.
Geri dön