Ana Sayfa > Siyasət > Rusiyalı jurnalistlər saxlanıldılar

Rusiyalı jurnalistlər saxlanıldılar


21-05-2016, 13:47. Yazar: admin
Rusiyalı jurnalistlər saxlanıldılar




Qazaxıstanın paytaxtı Astanada Rusiyanın aparıcı informasiya agentliklərinin jurnalistləri polis tərəfindən saxlanılıb.

aia.az azvision.az-a istinadən bildirir ki, saxlanılanlar "Interfax-Qazaxıstan", RİA "Novosti", TASS agentliklərinin və "Russia Today" telekanalının jurnalistləri olub.

KİV nümayəndələri 1 saat sonra sərbəst buraxılıb. "Bizə sənədlərimizi qaytardılar, lakin nə saxlanma səbəblərini izah etdilər, nə də üzr istədilər", - deyə jurnalistlərdən biri qeyd edib.

Məlumata əsasən, jurnalistlər Astananın "Bayterek" monumenti yaxınlığında keçirilməsi nəzərdə tutulan razılaşdırılmamış mitinqi işıqlandırmaq istəyiblər. Mitinq ölkədə Torpaq Məcəlləsinə edilən dəyişikliklərlə bağlı keçirilib.

aia.az
Geri dön