Ana Sayfa > Siyasət > “Azərsığorta” ASC-nin Direktorlar Şurasının yeni tərkibi təsdiqləndi
“Azərsığorta” ASC-nin Direktorlar Şurasının yeni tərkibi təsdiqləndi16-07-2022, 17:54. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Direktorlar Şurasının sədri Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini Direktorlar Şurasının üzvləri Xəyyam Məmmədov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Gündüz Əliyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini. Aia.Az Geri dön |