Ana Sayfa > Media > Müdafiə Nazirliyi məlumat yaydı - Ayın 23-dək davam edəcək - FOTO
Müdafiə Nazirliyi məlumat yaydı - Ayın 23-dək davam edəcək - FOTO16-07-2022, 15:31. Yazar: sevinc1 |
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər. Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək. Aia.Az Geri dön |