Ana Sayfa > Media > Göygöl rayonunda Vətən müharibəsi şəhidi Maqsud Məmmədovun xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılışı olub
Göygöl rayonunda Vətən müharibəsi şəhidi Maqsud Məmmədovun xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılışı olub14-07-2022, 16:58. Yazar: sevinc1 |
İlk öncə Göygöl Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının və rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, ziyalıların, gənclərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Maqsud Məmmədovun Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunmuş, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunmuşdur. Sonra Göygöl şəhərində Vətən müharibəsi şəhidi Maqsud Məmmədovun xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılışı olmuş, məktəblilər tərəfindən şeirlər səsləndirilmiş, Maqsud Məmmədovun oxuduğu orta məktəbin direktoru Aişə İsgəndərova şəhidin məktəbli həyatı, döyüş yoldaşları isə Vətən müharibəsindəki döyüş yolu haqqında geniş və ətraflı söhbət açmışlar. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin yaşadığı evə baş çəkərək, ailə üzvlərinin qayğıları ilə maraqlanıb, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq şəhidlərimizin daim hörmətlə və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləmiş, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsini şəhidin anasına təqdim etmişdir. Söhbət zamanı şəhid anası Məhəbbət Məmmədova şəhid ailələrinin daim qayğı ilə əhatə olunduğunu vurğulayaraq, şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Aia.Az Geri dön |