Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda DƏHŞƏT:
Azərbaycanda DƏHŞƏT:14-07-2022, 16:30. Yazar: sevinc1 |
Tərtərdə 26 yaşlı oğlan bacısını qətlə yetirib. Bu barədə aia.az-a Tərtər rayon prokurorluğundan məlumat veirlib. Bildirilib ki, iyulun 14-ü saat 13 radələrində Tərtər-Şıxarx yolunun kənarında 1982-ci il təvəllüdlü Leyla Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Leyla Mustafayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |