Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > ÜST-dən Azərbaycan vətəndaşlarına ikinci buster doza

ÜST-dən Azərbaycan vətəndaşlarına ikinci buster doza


14-07-2022, 15:34. Yazar: sevinc1
ÜST-dən Azərbaycan vətəndaşlarına ikinci buster doza

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 peyvəndinin ikinci buster dozası ilə bağlı payız fəsli üçün tövsiyələrini verib.

ÜST-nin Azərbaycan Nümayəndəliyindən verilən məlumata görə, COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyət, ÜST-nin Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyası və “Omikron” ştammına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə yerli vaksinasiya strategiyasına uyğun olaraq müvafiq qrupların COVID-19 peyvəndinin ilkin 2 dozası və 1-ci buster dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir.

Bununla yanaşı, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır:

- 5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci buster dozanın tətbiq edilməsi;

- yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci buster dozanın tətbiq edilməsi;

- mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi COVID-19 vaksinasiyasına dair ən son tövsiyələri yerli səhiyyə tərəfdaşları ilə bölüşüb.

aia.az
Geri dön