Ana Sayfa > Cəmiyyət > Quba sakinini vurdular

Quba sakinini vurdular


21-05-2016, 11:39. Yazar: admin
Quba sakinini vurdular





Quba şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

Heydər Əliyev prospekti 83 ünvanında yaşayan 45 yaşlı Elxan Kərimov bıçaq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ona döş qəfəsinin sol tərəfinin və sol budun arxa səthinin kəsilmiş-deşilmiş yaralanması diaqnozu qoyulub.

E. Kərimovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön