Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Sumqayıt sakini oğurluqdan 1 gün sonra öldü

Sumqayıt sakini oğurluqdan 1 gün sonra öldü


13-08-2015, 13:34. Yazar: admin

DİN məlumat yaydı.

Sumqayıt polisi daha bir cinayətin üstünü açıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də Azər Paşayevə məxsus avtomobil təmiri sexindən noutbuk və ehtiyyat hissələrinin şəhər sakinləri Vüsal Həsənli və Vəfadar Ələkbərov tərəfindən oğurlanması müəyyən ediblər.

Keçirilən əməliyyat nəticəsində V.Həsənli saxlanılıb.

İstintaq zamanı oğurluğu törətmiş digər şəxsin - V.Ələkbərovun isə avqustun 3-də yol-nəqliyyat hadisəsi zamanı ölməsi müəyyən edilib.
Geri dön