Ana Sayfa > İdman > Atletiko Madrid ümidləri doğruldacaqmı?

Atletiko Madrid ümidləri doğruldacaqmı?


20-05-2016, 15:06. Yazar: admin


Mayın 28-də Milanın Sansiro stadionunda baş tutacaq Real-Madrid Atletiko-Madrid komandalarının final oyununda Atletiko Madrid favorit kimi görünür. Düzdür, 2 il dalbadal Çempionlar liqasında baş tutan Real Atletiko duelində kral klubu qalib olmuşdur. Amma bu il Atletiko turnirdə daha iddialı Barselona və Münhenin Bayer komandalarını sıradan çıxartdı. Bu dəfəki qarşılaşmada güclü taktiki oyun sözünü deyəcək. Atletiko Madrid son iki ildə daha səviyyəli və güclü formada görünür. Komandanın Antuan Qrizman, Fernando Torres, Koke kimi oyunçuları daha yaxşı formadadırlar. Realın baş məşqçisi Zinəddin Zidan qələbəyə daha iddialıdır.

Bir məqam da diqqətdən yayınmır, İspaniyada bu mövsüm çempionluğu Barselona qazandı. Titulsuz ili başa vurmağı nə Real nə də Atletiko istəyir. Bukmekerlər hələ ki, Realı favorit qismində görür. Qeyd etmək yerinə düşər ki, Atletiko Madrid futbol tarixində 2 dəfə- 1973-74 mövsümündə Bayer Münhenə və 2013-14 mövsümündə Real Madridə finalda uduzub. Komanda 3- cü dəfəyə çox ümüdlüdür.

Çempionlar liqası tarixində ən çox çempionluğu məhs Real Madrid komandası qazanıb (10 dəfə). Daha sonra İtaliyanın Milan komandası, sonrakı sırada Barselona, Bayer Münhen və Liverpul komandaları yer alır. Hollandiyanın Ayaks komandası isə bu titula 4 dəfə layiq görülüb.

Şirxanlı Rövşən
Geri dön