Ana Sayfa > Parlament > Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı rayonda Qurban bayramı münasibətilə şəhid ailələri və qazilərə bayram sovqatı paylanıldı
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı rayonda Qurban bayramı münasibətilə şəhid ailələri və qazilərə bayram sovqatı paylanıldı9-07-2022, 20:08. Yazar: sevinc1 |
Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev təşkilatın əməktaşları Böyükağa Axundov ,Yalçın Əliyev ,Əliziya AğayevPartiyanın fəal üzüvləri Emin Bağırov , Namik Bağırov və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Qurban bayramı münasibətilə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin, qazilərin ailələri ziyarət edilmiş və onlara bayram sovqatları paylanılmışdır. Bayram payı alan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xoş arzularını ifadə etmişlər. Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndirmişlər. Qeyd edək ki, ümumilikdə Qurban bayramı ilə bağlı 41 Qazi 63 Şəhid ailəsinə bayram sovqatı paylanmışdır. Geri dön |