Ana Sayfa > Seçki 2024 > Qocaman jurnalist reanimasiyaya yerləşdirildi

Qocaman jurnalist reanimasiyaya yerləşdirildi


7-07-2022, 18:00. Yazar: sevinc1
Qocaman jurnalist reanimasiyaya yerləşdirildi

Əməkdar jurnalist Mais Məmmədovun səhhəti pisləşib.

O, təcili olaraq reanimasiyaya yerləşdirilib.

Bu barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev paylaşım edib.

Onun sözlərinə görə, Mais Məmmədova ağır mədəaltı vəzi xəstəliyi diaqnozu qoyulub.

Qeyd edək ki, M.Məmmədov SSRİ dövründə uzun müddət Mərkəzi televiziyanın - ORT-nin Azərbaycandakı müxbiri işləyib. O, 2007-ci ildən 2016-cı ilədək ANS-də baş müşavir vəzifəsində çalışıb.

aia.az
Geri dön