Ana Sayfa > Qərbi Azərbaycan / Manşet > Azərbaycanda xərçəngin dəhşətli - STATİSTİKASI

Azərbaycanda xərçəngin dəhşətli - STATİSTİKASI


20-06-2015, 17:36. Yazar: admin
Azərbaycanda xərçəngin dəhşətli - STATİSTİKASI

“2014-cü ildə qadınlar arasında süd vəzinin, uşaqlıq boynunun, yumurtalığın, mədənin, kişilər arasında isə traxeyanın, bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı, onlara mənşə və quruluşca yaxın toxumaların, eləcə də sidik kisəsinin bədxassəli şişlərlə (xərçəng) xəstələnmə halları daha çox qeydə alınıb”.

Bu barədə Modern.az saytının sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan xəstələrin sayı cəmi 9543 nəfərdir: “Onlardan 4613 nəfəri kişi, 4930 nəfəri isə qadındır”.

Statistik rəqəmlər göstərir ki, yaşı 4-ə qədər olan uşaqlarda da bu xəstəliyə rast gəlinib: “Həmin xəstələrin ümumi sayı 30 nəfərdir. Onların 20 nəfəri oğlan, 10-u isə qızlar. Xəstəlik daşıyıcılarından 75 və yuxarı yaşda olanlar cəmi 1040 nəfərdir ki, onlardan 538 kişi, 502 nəfəri isə qadındır”.

Rəsmi məlumatda o da bildirilib ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin cəmi sayı 37 932 nəfərdir ki, onlardan da 14 446 nəfəri kişilər, 23 486 nəfəri isə qadınlardır.
Geri dön