Ana Sayfa > Siyasət > Ermənistan Prezidentinə xiyarla etiraz etdilər

Ermənistan Prezidentinə xiyarla etiraz etdilər


6-07-2022, 11:40. Yazar: admen
Ermənistan Prezidentinə xiyarla etiraz etdilər


İrəvanda erməni müxalifətçilər aksiya keçirərək ölkədəki qanun səviyyəsindən narazılıqlarını bildiriblər.

AİA.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Müqavimət" hərəkatının nümayəndələri Prezident İqamətgahının qarşısına xiyar qoyublar.
Ətraflı

"Baxmayaraq ki, Prezident Konstitusiyanın qorunması ilə məşğul olmalıdır, lakin o Ermənistanda tərəvəz və bostan bitkilərinin nümayəndəsidir, heç bir iş görmür və bir nəfərin göstərişinə əməl edir. Biz ona bu tərəvəzi fəaliyyətsizliyinin simvolu kimi gətirmişik, jestimizdə heç bir şəxsi təhqir yoxdur", - deyə aksiya iştirakçıları qeyd ediblər.

Deputat Tadevos Avetisyan qeyd edib ki, ölkədə qanunun aliliyi yoxdur, Konstitusiya və Konstitusiya Məhkəməsi Baş nazirin və onun komandasının maraqlarına xidmət edir.

AİA.Az


Geri dön