Ana Sayfa > Gündəm / Ölkə > Bakıda zavodda bədbəxt hadisə - Ölən var
Bakıda zavodda bədbəxt hadisə - Ölən var6-07-2022, 11:28. Yazar: admen |
İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən Bakı elektrik maşınqayırma zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Xəzər rayon prokurorluğundan Aia.Az-a verilən məlumata görə, aaktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir. Aia.Az Geri dön |