Ana Sayfa > İdman > 450 min prezervativ paylayacaqlar

450 min prezervativ paylayacaqlar


20-05-2016, 13:37. Yazar: admin



Rio-de-Janeyro Olimpiadasının təşkilatçıları idmançılara 450 min prerzervativ paylamaq fikrindədirlər.

Aia.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Sports Illustrated" məlumat yayıb.

Qeyd edilir ki, bu, 2021-ci il Londanda keçirilən Oyunlarda paylanılandan üç dəfə çoxdur.

Prezervativlərin 350 mini kişilərə, 100 mini isə qadınlara paylanılacaq.

"Veneranın kiçik köynəyi" adlı kontraseptivləri iyulun 24-də, Olimpiya kəndinin açılışından sonra paylamağa başlayacaqlar.

"Niyə bu qədər? Onların sayı heç vaxt yetərli olmur! Braziliya bütün dünyada nümunə olaraq AİDS-ə qarşı profilaktika planına malikdir", - təşkilat komitəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bir çoxları idmançılardan nümunə götürür, bununla da atletlər "AİDS-lə mübarizədə mühüm rol oynayacaqlar".
Geri dön