Ana Sayfa > Karusel / Gündəm > Ağdam Sənaye Parkında tikinti işlərinə gələn ay başlanılacaq - Nazir AÇIQLADI

Ağdam Sənaye Parkında tikinti işlərinə gələn ay başlanılacaq - Nazir AÇIQLADI


5-07-2022, 11:17. Yazar: sevinc1
Ağdam Sənaye Parkında tikinti işlərinə gələn ay başlanılacaq - Nazir AÇIQLADI

“İqtisadiyyat Nazirliyinin 190 hektar ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur”.

Bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.

“Bu, 1 000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək. Artıq rezidentlər üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır”, - deyə o, qeyd edib.
Geri dön