Ana Sayfa > Dünya > Türkiyə XİN başçısı:

Türkiyə XİN başçısı:


4-07-2022, 11:58. Yazar: sevinc1
Türkiyə XİN başçısı:

“Bizim Rusiya ilə bir çox məsələlərdə fikirlərimiz üst-üstə düşür. Amma fərqli mövqelərdə olduğumuz mövzular da var”.

aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuoğlu NTV-yə müsahibəsində deyib.

“Məsələn, biz Krımın qeyri-qanuni ilhaqını tanımırıq. Bir-birimizin atdığı addımlardan bəzən məmnun olmaya bilmirik. Türkiyə həmişə NATO-nun genişlənməsini dəstəkləyib. İsveç və Finlandiyanın üzvlüyünə öz maraqlarımız konteksindən baxırıq. Hələ ki, bizə Rusiyanın narazılığı çatmayıb”, - o bildirib.

aia.az
Geri dön