Ana Sayfa > Dünya > Tanınmış reper öldü

Tanınmış reper öldü


20-05-2016, 10:16. Yazar: admin
Tanınmış reper öldü

ABŞ-ın tanınmış musiqiçisi, Beastie Boys rep qrupunun yaradıcısı Con Berri vəfat edib.

AIA.AZ report-a istinadən bildirir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra, 53 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1979-cu ildə gələcəyin məşhur qrupunu yaradan Con Berri 3 dəfə nüfuzlu "Qremmi" musiqi mükafatını qazanıb.

Onun yaratdığı qrup başqalarından bir çox xüsusiyyətlərinə görə fərqlənib. 1980-1990-cı illər Beastie Boys qrupu çox populyar olub. Qrupun ifasında səslənən musiqilər hit-paradlarda liderlik edib.


AIA.AZ
Geri dön