Ana Sayfa > Şou-biznes > Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?

Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?


29-06-2022, 17:59. Yazar: sevinc1
Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?

“Səsimlə bağlı böyük dərd yaşayırdım. Dostlarım bunu bilirdilər. Gecələr yata bilmirdim, boğulurdum. Analiz götürdülər, əkdilər, yaxşı çıxdı. Amma dedilər ki, təcili əməliyyat olunmalıyam”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova deyib.

İfaçı bir müddət əvvəl keçirdiyi əməliyyatdan danışıb.

M.Əsədova səsinə görə bir çox kişinin ona aşiq olduğunu söyləyib:

“Səsimə görə məni toydan qaçırtmaq istəyirdilər. Bunun şahidi olan müğənni dostum var. Səsimə görə aşiq olan da, söz göndərən də olub. İndi peşmanam ki, müğənniyəm. Təqdimatdan çox şey asılıdır. Mən düzgün təqdim edilmədim. Rola girməyi bilmirəm. İndi rola girməsən, səni qəbul etmirlər. Mən də bunu bacarmıram”.

aia.az
Geri dön