Ana Sayfa > Seçki 2024 > Şuşada 1 tondan artıq narkotik aşkarlandı

Şuşada 1 tondan artıq narkotik aşkarlandı


29-06-2022, 09:42. Yazar: sevinc1
Şuşada 1 tondan artıq narkotik aşkarlandı


Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, tədbir zamanı rayonun Daşaltı kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 2350 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

aia.az
Geri dön