Ana Sayfa > Siyasət > Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşünün vaxtı açıqlandı
Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşünün vaxtı açıqlandı28-06-2022, 11:25. Yazar: sevinc1 |
![]() Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də Vyanada keçiriləcək. aia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan "Twitter"də bildirib. "Ermənistan-Türkiyə normallaşma prosesində Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də Vyanada baş tutacaq", o qeyd edib. Türkiyə Xarici İşlər Nazirliyi də görüşün keçiriləcəyini təsdiqləyib və bu barədə rəsmi məlumat yayıb. Qeyd edək ki bu xüsusi nümayəndələrin sayca dördüncü görüşü olacaq. aia.az Geri dön |