Ana Sayfa > Media > Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.

Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.


28-06-2022, 11:21. Yazar: sevinc1
Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.

Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki dost ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Qeyd etmək lazımdır ki, səfər zamanı iki ölkə arasında 20-yə qədər mühüm sənəd imzalandı. Bu sənədlərin hər biri özü- özlüyündə mühüm əhəmiyyətə malikdir və iki ölkə arasında münasibətlərin geniş spektrini əhatə edir. Bu, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı Daşkənddə Heydər Əliyev meydanının açılması, Prezident İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması, Özbəkistan Prezidentinin Azərbaycan və Ulu öndər haqqında söylədiyi fikirlər bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını göstərir. Bu baxımdan, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Bu sənəd iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək, əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Özbəkistan bir sıra beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. BMT, İƏT, TDT çərçivəsində Özbəkistan hər zaman Azərbaycanın Qarabağla bağlı haqq işini dəstəkləyib. Azərbaycanla Özbəkistan hərbi və hərbi-texniki sahədə də əməkdaşlığı inkişaf etdirəcəklər. Bu baxımdan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” xüsusi əhəmiyyət daşıyır.

Əlövsət Rzaquliyev
Rayon Ziyalısı

Geri dön