Ana Sayfa > Cəmiyyət > Milli Ordu quruculuğunda dönüş

Milli Ordu quruculuğunda dönüş


26-06-2022, 10:40. Yazar: admen
Milli Ordu quruculuğunda dönüş


Yarandığı gündən döyüşlər, müharibələr içərisində formalaşan, qalib Azərbaycan əsgəri Bayramın mübarək!
Azərbaycanın Dövlət müstəqilliyi əldə olunduqdan sonra, xarici aqressorun əlində daim alət olan Ermənistanın öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı torpaq iddiasına düşməsi və zaman-zaman olduğu kimi bu istəklərinin yerinə yetirilməsinə nail oldular. Bunun da başlıca səblərindən biri yenicə müstəqillik qazanmış dövlətin və ordunun başında duranların səriştəsizliyi, hakimiyyət uğrunda gedən siyasi çəkişmələr idi. Xalqımızın ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə və ordu ququculuğu sahəsində apardığı uğurlu islahatlar, ordunun vahid komandanlıq altında birləşdirməsi, ordunu siyasiləşmiş qüvvələrdən təmizləməsi və bir çox işlər ölkəmizin, ordumuzun qüdrətlənməsinə iqtisadiyyatın güclənməsinə gətirib çıxardı.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü ilin 15 oktyabr tarixində keçirilən Prezident seçkilərində xalqın etimadını qazanaraq ölkənin prezidenti, ordunun Ali Baş Komandanı kimi ağır, məsuliyyətli və şərəfli vəzifəni öz üzərinə götürdü. Prezident seçildikdən sonra İlham Əliyev əlini müqəddəs kitabımız Qurani-kərimə və konstitusiyamıza əl basaraq Azərbaycan Respublikasının ərazi bütovlüyünü və suverenliyini təmin edəcəyinə and içdi. Bununla da ZƏFƏRƏ gedən yolun başlanğıcını və bünövrəsini qoydu.

Ümummilli Lider Heydər Əliyev siyasi ideyalarına və irsinə sadiq qalaraq ölkəmizin hər tərəfli inkişafı üçün böyük strateji layihələrin həyata keçirilməsinə, ordumuzun müasir standartlara uyğun hazırlanması, maddi-texniki və tədris bazasının yaradılması istiqamətində mühüm addımlar atıldı. Hərbiçilərimizin dünyanın inkişaf etmiş dövlətlərində hərbi kurslar və təlimlər keçməsi, ordumuzun arsenalında ən yeni və müasir silahların yer alması Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın ərazi bütovlüyünü təmin etmək üçün siyasi meydanda apardığı mücadilənin sonu olmadığı halda nəticə etibarı ilə torpaqlarımızın düşmən tapdağından azad olunması üçün hazırlıqlarının bariz nümunəsi idi. Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarilə yeni mərhələyə qədəm qoydu. Dövlətimizin başçısı cənab İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi. Ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti, şəxsi heyətin vətəni müdafiə kimi müqqədəs və şərəfli vəzifəni yerinə yetirməsini şüurlu surətdə dərk etməsi və silahlanmada olan ən müasir silahlardan bacarıqla istifadə etmək qabiliyyətinə yiyələnməsi bu müqqədəs vəzifənin yerinə yetirməyinin zamanının çatdığını göstərirdi. 2016-cı ilin aprel döyüşləri, 2017-ci ildə Günnüt əməliyyatı və bir sıra uğurlu əməliyyatlar ordumuzun inamını bərpa edərək düşmənin özündə mifləşdirdiyi yarılmaz müdafiə kimi fikirləri alt üst etdi.

2020-ci il sentyabrn 27-də başlanan Vətən müharibəsində Azərbaycan əsgəri və Azərbaycan xalqı bir yumruq kimi Ali Baş komandanın ətrafında sıx birləşərək müqəddəs və şərəfli vəzifənin yerinə yetirilməsinə səfərbər oldu və bu şərəfli işi zəfərlə başa vurdu. Azərbaycan əsgəri döyüş meydanında şücaət, mərdlik və qəhramanlıq nümunəsi göstərərək qanı ilə yeni bir zəfər tarixi yazdı.

Bu gün hər birimiz qalib ordunun əsgəri, qalib ölkənin vətəndaşı kimi qürurluyuq.

Samir Səfərov
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə
Rayon İcra Hakimiyyəti aparatında Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Geri dön