Ana Sayfa > Ölkə > Kürdəmirdə "Nissan" kanala düşdü, bir ailənin 4 üzvü yaralandı

Kürdəmirdə "Nissan" kanala düşdü, bir ailənin 4 üzvü yaralandı


26-06-2022, 10:03. Yazar: admen
Kürdəmirdə "Nissan" kanala düşdü, bir ailənin 4 üzvü yaralandı

AİA.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Atakişili kənd sakini, 33 yaşlı Kərimov Sərxan Cəlal oğlu "Nissan" markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən nqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.

Hadisə zamanı sürücü və sərnişinlər - 25 yaşlı Kərimova Samirə Elxan qızı, 2 yaşlı Kərimli Aylin Sərxan qızı və 1 yaşlı Kərimli Cəlil Sərxan oğlu müxtəlif xəsarətlər alıbıar.

Yaralılar təcili tibbi yardım maşınının köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
Geri dön