Ana Sayfa > Ölkə > Şəkidə "26 iyun-Silahlı Qüvvələr Günü" münasibətilə tədbir keçirilib

Şəkidə "26 iyun-Silahlı Qüvvələr Günü" münasibətilə tədbir keçirilib


25-06-2022, 11:22. Yazar: admen
Şəkidə "26 iyun-Silahlı Qüvvələr Günü" münasibətilə tədbir keçirilib

24 iyun 2022-ci il tarixdə MİHİ Şəki rayon komitəsinin, Şəki Mərkəzi Kitabxanası, 3 nömrəli Uşaq Musiqi Məktəbi və B. Vahabzadə ev muzeyinin təşkilatçılığı ilə "26 iyun-Silahlı Qüvvələr Günü" münasibətilə "Qürur və iftixar ünvanımız" adlı ədəbi-bədii gecə keçirildi.

Gecədə 44 günlük Vətən müharibəsində iştirak edən əsgərlər, MİHİ Şəki rayon komitəsinin rəhbəri R.Məmmədov, Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşları, 3 №-li uşaq musiqi məktəbinin bir qrup kollektivi, Şəki Mərkəzi kitabxananın əməkdaşları, B.Vahabzadə ev muzeyinin əməkdaşları və başqaları iştirak edirdi.

Tədbirdə İştirak edən, MİHİ Şəki rayon komitəsinin sədri R.Məmmədov, 3 №-li uşaq musiqi məktəbinin direktoru Ş.Əsgərova, MKS-nin direktoru K.İsmayılova , Mərkəzi kitabxananın əməkdaşı D.Yaqubova çıxış edərək Azərbaycan ordusunun əzəmətindən fəxr və qürurla söhbət açıb onları bu bayram münasibətilə təbrik etdilər.

Musiqi töhfəsi ilə Şəki 3 №-li uşaq musiqi məktəbinin müəllimləri Anar Həsənov və Murad Abduləzimov çıxış etdilər.
Mərkəzi kitabxananın əməkdaşı D.Yaqubova və oxucusu S.Abdullayevanın ifasında şeirlər səsləndi.

Bayram münasibətilə MİHİ Şəki rayon komitəsi tərəfindən igid Şəki oğulları hədiyyələrlə mükafatlandırıldı.

AİA.Az

Geri dön