Ana Sayfa > Media > 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür


24-06-2022, 13:05. Yazar: sevinc1
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür


24.06.2022-ci il tarixdə YAP Samux rayon təşkilatında “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür” mövzusunda dəyirmi masa keçirildi.

aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bildirdi ki, şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti iki ildən də az bir müddət mövcud ola bildi. 23 ay ərzində AXC hökuməti dövlət quruculuğu istiqamətində bir çox mühüm addımlar atsa da, təəssüflər olsun ki, bu başlanğıcların əksəriyyəti tamamlanmamış qaldı. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm addımlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Müstəqilliyimizin ilk illərində o dövrkü iqtidarın səriştəsizliyi və yersiz ambisiyaları ucbatından ölkənin sözün əsl mənasında xaos içərisində olduğunu qeyd edən G.Bayramov vurğuladı ki, belə bir şəraitdə ordu quruculuğundan söhbət belə getmirdi. Pərakəndə halda olan silahlı birləşmələr isə, xalqın və dövlətin deyil, ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin səfərbərlik üzrə zabiti Polad Maqsudov; Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Samux rayon şöbəsinin sədri Mirzəmməd Orucov; Samux rayon İHBA –nın Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Rüstəm Ramizli ; AzDMSS-in direktoru Namiq Cəfərov və Samux şəhər 1 saylı Uşaq Bağçasının direktoru Ağca Atai çıxış edərək 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyini və düşmənin qısa müddət ərzində, ən əsası bizim tərəfimizdən minimal itki verməklə tamamilə darmadağın edildini və kapitulyasiya aktını imzalamağa məcbur olduğunu qeyd etdilər. Natiqlər vurğuladılar ki, Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, müasir təchizatına görə ən güclü ordular sırasında durduğunu bir daha təsdiq etdi.

aia.az
Geri dön