Ana Sayfa > Cəmiyyət > Bakıda sərnişin avtobusu ağır qəza törətdi: ölən var

Bakıda sərnişin avtobusu ağır qəza törətdi: ölən var


19-05-2016, 14:26. Yazar: admin
Bakıda sərnişin avtobusu ağır qəza törətdi: ölən var

Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobusunun törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 18-də saat 16 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsində Abşeron rayon sakini Əliyoldaş Dadaşov idarə etdiyi "Daewoo" markalı 155 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Arif Ziyadovu vurub. Piyada hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Geri dön