Ana Sayfa > Karusel / Gündəm > Məhkəmədə hakimlə vəkil arasında

Məhkəmədə hakimlə vəkil arasında


23-06-2022, 17:51. Yazar: sevinc1
Məhkəmədə hakimlə vəkil arasında

Kəlbəcər Rayon Məhkəməsinin sədri, hakim Həsən Qəniyevlə Gəncə ASAN Vəkil Bürosunun vəkili Natiq Əliyev arasında insident baş verib.

aia.az xəbər verir ki, E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə məhkəmə iclasında qətnamənin elan edilməsindən sonra baş verib. Belə ki, vəkil prosesin tam şəkildə məhkəmə iclas protokoluna qeyd edilməsini tələb edib. Bundan sonra hakimlə vəkil arasında mübahisə yaranıb, hətta əlbəyaxa dava düşüb.

Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına və Vəkillər Kollegiyasına müraciət edilib.

Hadisənin tam təfərrüatı məlum deyil.

aia.az
Geri dön