Ana Sayfa > Cəmiyyət > Azərbaycan və Özbəkistan münasibətlərində yeni mərhələnin əsası qoyuldu

Azərbaycan və Özbəkistan münasibətlərində yeni mərhələnin əsası qoyuldu


23-06-2022, 15:17. Yazar: admen
Azərbaycan və Özbəkistan münasibətlərində yeni mərhələnin əsası qoyuldu

Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan dövlətləri arasındakı münasibətlər Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə yeni bir mərhələyə yüksəldi. Azərbaycan Prezidentinin Özbəkistana səfəri olduqca mühüm hadisədir. Yüksək səviyyədə keçən səfər, Azərbaycan və Özbəkistan Prezidentlərinin görüşləri, aparılan müzakirələr, imzalanan sənədlər Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir.

Bundan əlavə, Daşkənddə "Heydər Əliyev Meydanının" istifadəyə verilməsi Özbəkistan dövlətinin xalqımıza verdiyi böyük dəyərin təzahürüdür. Prezident Şavkat Mirziyoyev də çıxışında ulu öndərimiz Heydər Əliyev haqqındakı xoş sözlər söyləmiş, “Tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyev bütün həyatını doğma Azərbaycana həsr edib” ifadələrini səsləndimişdir.

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyo yev tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” də iki ölkənin əməkdaşlığının dərinləşməsinə, strateji münasibətlərinin güclənməsinə ,Azərbaycan və Özbəkistanın beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, həm də iqtisadiyyatın müxtəlif sahələrində ticarət, sənaye, kooperasiya, nəqliyyat sektorlarında dinamik artıma əlverişli şərait yaradacaq. İki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan strateji əməkdaşlıq da mühüm önəm daşıyır.

Özbəkistanın 44 günlük Vətən Müharibəsi zamanı və tarixi Qarabağ Zəfərindən sonra da Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi də xüsusi vurğulamaq lazımdır. Özbəkistan tərəfinin işğaldan azad edilmiş Füzuli şəhərinin bərpasına göstdiyi dəstək və eyni zamanda Füzuli şəhərində bir məktəbi öz vəsaitləri hesabına inşa etməsi təqdirə layiqdir və Azərbaycan xalqı bu diqqəti yüksək qiymətləndirir.

Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki qardaş ölkə arasında iqtisadi-siyasi münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanması ilə yanaşı, yeni dünya düzənində türkdilli dövlətlərin birliyinə böyük töhfə verdi. Ölkə başçısının bu səfəri dünyanın həssas bölgələrindən sayılan və böyük güclərin birbaşa maraq dairəsində olan Orta Asiyada Azərbaycanın nüfüzunu və gücünü göstərdi.

Hüseynova Nərgiz
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru
YAP Laçın rayon təşkilatı 49 saylı ƏPT sədri

Geri dön