Ana Sayfa > Siyasət > Göygöl rayonunda 23 İyun Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib

Göygöl rayonunda 23 İyun Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib


23-06-2022, 12:54. Yazar: sevinc1
Göygöl rayonunda 23 İyun Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib

Bayram tədbirində Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Turani Əliyev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Dİ və İXİ Həmkarlar İttifaqı Göygöl rayon Komitəsinin sədri Möhdəsim Səmədov, idarə müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

aia.az xəbər verir ki, ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. Göygöl rayonu İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Turani Əliyev yığıncağı açıq elan edərək, tədbir iştirakçılarını salamladıqdan sonra Dövlət Himni səsləndirirlib, Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra İHB-nın müavini Kəmalə İbrahimova məruzə ilə çıxış edərək, 23 İyun Dövlət qulluqçularının peşə bayramının təsis olunma tarixindən, “Dövlət qulluğu haqqında “ Azərbaycan Respublikası Qanununun müddəalarından və mahiyyətindən danışaraq yığıncaq iştirakçılarını 23 İyun Dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik edib, Müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyətlərində uğurlar arzulayıb.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək Yeni Azərbaycan Partiyasının dövlət quruculuğu sahəsindəki əvəzsiz yolundan bəhs etmiş, rayonun ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Göygöl rayonu İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Turani Əliyevə fəxri fərman və qiymətli hədiyyə təqdim etmişdir.

İclasın yekununda bir qrup Dövlət qulluqçularına Dövlətçilik prinsiplərinə sadiq olduqlarına görə Göygöl rayonu İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icra edən Turani Əliyev fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etmiş və tədbir iştirakçılarına
müstəqil dövlətimizin demokratik inkişafı yolunda fəaliyyətlərində uğurlar arzulamışdır!

aia.az

Geri dön