Ana Sayfa > Media > Narkomanlığa qarşı mübarizə sağlam həyata təminatdır

Narkomanlığa qarşı mübarizə sağlam həyata təminatdır


22-06-2022, 16:15. Yazar: sevinc1
Narkomanlığa qarşı mübarizə sağlam həyata təminatdır


aia.az xəbər verir ki, 22.06.2022-ci il tarixdə YAP Samux rayon təşkilatında “Narkomanlığa qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda tədbir keçirildi.Tədbir YAP Samux rayon təşkilatının və Samux rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil edilmişdir. Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bildirdi ki, Gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Natiq qeyd etdi ki, yeniyetmə və gənclər arasında narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi zamanın tələbidir. Narkomaniyaya düçar olmuş insanların doğru yola çəkilməsi üçün maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu tədbir iştirakşılarının diqqətinə çatdıran G.Bayramov bundan sonra da belə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd etdi.

Sonra Samux rayon Polis şöbəsinin əməkdaşı Elvin Orucov çıxışında ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə çərçivəsində məktəb kollektivi ilə yanaşı idarə və təşkilatlarda müvafiq dövlət qurumları tərəfindən narkomaniyaya qarşı ciddi şəkildə mübarizə apardığını, yaranan problemlərin aradan qaldırılması istiqamətində müxtəlif proflaktik tədbirlərin həyata keçirdiyini bildirdi. Bununla yanaşı natiq narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vaciblliyini vurğuladı.

Samux rayon İHB-nın müavini Kəmalə Xəlilova son illər rayonumuzda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının artığını qeyd edərək kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində məktəblərdə və digər kollektiivlərdə bu məqsədlə çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd etdi.

Daha sonra Sonra gənc partiya fəallarından Əkbər Məmmədzadə və Elnarə Əliyeva da mövzu ətrafında çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə ciddi fəsadlar vurduğunu bildirdilər, belə maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

aia.az
Geri dön