Ana Sayfa > Cəmiyyət > Ümummilli lider Heydər Əliyev Azərbaycanın dünyada nüfuzlu dövlət kimi tanınmasına nail olub

Ümummilli lider Heydər Əliyev Azərbaycanın dünyada nüfuzlu dövlət kimi tanınmasına nail olub


22-06-2022, 15:27. Yazar: admen
Ümummilli lider Heydər Əliyev Azərbaycanın dünyada nüfuzlu dövlət kimi tanınmasına nail olub

1991-1993-cü illərdə Azərbaycanın yeni əldə olunmuş müstəqilliyi və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Ölkədə vəziyyətə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında xalqı vətəndaş müharibəsi astanasına gətirib çıxarmışdı. Ölkənin bir sıra regionlarında separatçı qüvvələr mərkəzi hakimiyyətə tabe olmadıqlarını bəyan edərək, ərazi iddiaları ilə çıxış edir, Azərbaycanın ayrı-ayrı bölgələrində suveren dövlətlər yaratmaq kimi xain niyyətlərini ortaya qoyurdular. Təbii ki, bütün bu fəlakətlərə səbəb olan amillər həmin dövrdə ölkəyə rəhbərlik edən siyasi qüvvələrin ard-arda yol verdikləri ciddi nöqsanların nəticəsində formalaşmışdı. Bir tərəfdən hakmiyyətdə təmsil olunan şəxslərin bacarıqsızlığı və səriştəsizliyi, digər tərəfdən də xalqın və dövlətin mənafelərinə zidd olan maraq və şəxsi ambisiyaları ölkədə əsil xaos və hərc-mərcliyin yaranmasına yol açımışdı. Təbii ki, belə bir vəziyyətin yaranmasında o dövrki iqtidarın yürütdüyü xarici siyasətində yer alan ciddi nöqanlar və boşluqlar da axırıncı rol oynamırdı.

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması ilə bütün digər sahələrdə olduğu kimi, dövlətin xarici siyasətində də əsaslı islahatların həyata keçirilməsinə başlandı. Həqiqətən də o dövrdə yenicə dövlət müstəqilliyini bərpa etmiş gənc dövlətin milli maraqlara uyğun xarici siyasət kursunun işlənib hazırlanmasına və həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Azərbaycan həmin vaxt dövlətçiliyinin ən çətin və mürəkkəb dövrünü yaşamaqla, həm də qeyri-müəyyənliklərə dolu olan bir əhatədə idi. Əlbəttə ki, belə bir ağır və riskli vəziyyətdən ləyaqətlə çıxmaq şansını əldə edə bilmək üçün tələb olunan xarici siyasi kursu yalnız böyük dövlətçilik təcrübəsinə malik, həm regionda, həm də dünyada gedən siyasi prosesləri dərindən bilən və onları həm bir-biri ilə, həm də ölkədaxili proseslərlə əlqaləndirməyi bacaran bir dövlət xadimi hazırlaya bilərdi. Bütün keyfiyyət və bacarıqlara sahib olan yeganə şəxsiyyət isə yalnız ulu öndər Heydər Əliyev idi.

Məhz Ümummilli Liderimizin qeyri-adi əzmkarlığı və iradəsi, fenomanal zəkası sayəsində ölkə daxilində artıq başlanmış vətəndaş müharibəsinin və hakimiyyət çevrilişlərinə olan cəhdlərin qarşısı tez bir zamanda alındı. İctimai-siyasi sabitlik bərpa edildi, vətəndaş həmrəyliyinə nail olundu. Bu proseslərə paralel olaraq Ermənistanın Azərbaycanın ərazilərini işğalı da dayandırıldı. Ulu Öndər Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və bu işğalın acı nəticələri barədə həqiqətlərin ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqa səsinin eşidilməsi dövlətin xarici siyasət kursunda əsas istiqamətlərdən biri kimi müəyyən edildi. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün ulu öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasını həyata keçirdi. Beynəlxalq təşkilatların kürsülərindən məharətlə istifadə edən Ulu Öndər Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünya ictimaiyyətinə olduğu kimi çatdırdı.

Ümummilli lider Heydər Əliyev əlbəttə ki, dünyanın ən nüfuzlu təşkilatı olan BMT ilə əlaqələrə xüsusi önəm verirdi. Məhz Ulu Öndərin siyasəti sayəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnaməsinin qəbul olunmasından sonra BMT Baş Assambleyasının 65-ci sessiyasında işğal olunmuş ərazilərdə vəziyyətə dair müzakirələr aparıldı və müvafiq qətnamə qəbul edildi. Ulu öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. BMT Təhlükəsizlik Şurasının üzvü olan ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin kimi nəhəng ölkələrlə münasibətlərin daha da yaxşılaşdırılması, eləcə də müstəqilliyimizin ilk illərində bəzi ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulması kimi strateji vacib istiqamətində işlər aparıldı. Nəhayət Ulu öndərin bu səyləri, həyata keçirdiyi xarici siyasət öz nəticələrini verməyə başladı. Az müddət sonra dünyanın siyasi xəritəsində kiçik bir ölkə kimi görünən Azərbaycan dünyada tanınan, nüfuzlu bir dövlətə çevrildi. Ümummilli lider Heydər Əliyev qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yaratdı və nəticə olaraq, ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.

Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön