Ana Sayfa > Media > Müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir
Müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir22-06-2022, 14:32. Yazar: admen |
Ulu Öndərin gəlişi qısa bir zaman ərzində Azərbaycanın xarici siyasətini köklü şəkildə dəyişdirdi 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olan qüvvələrin səriştəsizliklərinin və bacarıqsızlıqlarının bir göstəricisi məhz xarici siyasətdə yol verdikləri çeşidli kobud səhvlər idi. O dövrdəki iqtidar təmsilçilərinin seçdikləri özünütəcrid xətti nəticəsində Azərbaycanı dünyada nə tanıyan vardı, nə də haqq səsimizi eşidən. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin yayında hakimiyyətə qayıdışı ilə bu sahədə də əlbəttə ki, ciddi dönüş baş verdi. Ulu Öndər qısa bir zaman ərzində Azərbaycanın xarici siyasətini köklü şəkildə dəyişdirdi və milli mənafelərimizə uyğun olaraq yenidən qurdu. Bununla da ölkəmiz ətrafında formalaşmış son dərəcə gərgin beynəlxalq siyasi münasibətlərin normallaşmasına nail olundu. Əlbəttə ki, bu sahədə əldə olunan nailiyyətlərdə ümummilli lider Heydər Əliyevin beynəlxalq siyasi dairələrdə özünün şəxsən malik olduğu nüfuzu böyük rol oynadı. Dünyanın aparıcı siyasi və dövlət xadimləri ulu öndər Heydər Əliyevi hələ SSRİ kimi nəhəng bir dövlətin ən yüksək hakimiyyət dairələrində təmsil olunduğu vaxtlardan yaxşı tanıyır və Onun müdrik bir siyasətçi, mahir diplomat və təcrübəli dövlət xadimi olduğunu təsdiq edirdilər. Ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və ölkəmiz qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Bu gün Azərbaycan, Ulu Öndərin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin səyi nəticəsində inkişaf edir, güclənir və dünyada öz dəsti-xətti olan güclü bir dövlətə çevrilir. Səyyaf Məmiyev Rayon Ziyalısı Geri dön |