Ana Sayfa > Seçki 2024 > Qobustan sakini həmkəndlisini güllələdi

Qobustan sakini həmkəndlisini güllələdi


22-06-2022, 13:18. Yazar: sevinc1
Qobustan sakini həmkəndlisini güllələdi

Qobustan sakini həmkəndlisini güllələyib.

Bu barədə aia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 21-də Qobustan rayonunun Xilmilli kəndi ərazisində kənd sakini İ.Yusibov sərxoş vəziyyətdə xuliqanlıq zəminində həmkəndlisi S.Qardaşəliyevin istiqamətində ov tüfəngindən atəş açaraq ona yüngül xəsarət yetirib.

Qobustan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Yusibov saxlanılıb, ondan müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürülüb.

aia.az
Geri dön