Ana Sayfa > Gündəm > Azad edilən ərazilərdə bu heyvanların ovlanmasına icazə verilmir -
Azad edilən ərazilərdə bu heyvanların ovlanmasına icazə verilmir -22-06-2022, 12:14. Yazar: sevinc1 |
İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili İşlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir. Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Şöbə rəisi qeyd edib ki, həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir. "Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır. O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib", - polis mayoru deyib. aia.az Geri dön |