Ana Sayfa > Media > YAP Qazax rayon təşkilatında 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi

YAP Qazax rayon təşkilatında 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi


21-06-2022, 19:55. Yazar: admen
YAP Qazax rayon təşkilatında 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi

AİA.Az xəbər verir ki, 21 iyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının iclas zalında 26 iyun – Silahlı Qüvvələr günü və cari ilin ötən dövrü ərzində ərazi partiya təşkilatlarında görülən işlərlə bağlı tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açdı və 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə başda Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları olmaqla, şəhid ailələrini, qazilərimizi, müharibə veteranlarını, rəşadədli ordumuzun zabit və əsgərlərini təbrik etdi, ən xoş, ən səmimi arzularını çatdırdı. Rayon təşkilatının sədri 44 günlük Vətən Müharibəsində əldə olunan möhtəşəm Qələbənin mahiyyətindən, tarixi ədalətin, milli ləyaqətin bərpasından, Xalq - Ordu birliyindən, Lider – Xalq həmrəyliyindən ətraflı bəhs etdi. A.Nəbiyev postmüharibə dövründə əldə olunan nailiyyətlərdən, qazanılan uğurlardan, mövcud Azərbaycan reallıqlarından da ətraflı danışdı.

YAP Qazax rayon təşkilatının sədri daha sonra bu ilin ötən dövrü ərzində ərazi partiya təşkilatlarında mövcud vəziyyət və görülən işlər barədə də ətraflı məlumat verdi. Natiq qeyd etdi ki, fəaliyyətini Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına uyğun şəkildə quran YAP Qazax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yeddinci Qurultayında Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əlievin proqram xarakterli nitqindən irəli gələn tapşırıq və vəzifələri uğurla həyata keçirir. Cari ilin mart – aprel aylarında rayon təşkilatının bütün ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilmiş, yeni sədr və müavinlər seçilmişdir. Hazırda YAP Qazax rayon təşkilatı 76 ərazi partiya təşkilatında 10521 nəfər üzvü özündə birləşdirir. Ötən son beş ay ərzində 341 nəfər partiya sıralarına qəbul edilmiş və üç yeni ərazi partiya təşkilatı yaradılmışdır. Üzvlük haqlarının ödənilməsində nəzərəçarpacaq dərəcədə artım olduğunu qeyd edən rayon təşkilatının sədri partiya üzvlərinin sosial şəbəkələrdə aktivliyinin vacibliyini də ön plana çəkdi və ərazi partiya təşkilatı sədrlərinə müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Tədbirin sonunda Anar Nəbiyev 26 iyun – Silahlı Qüvvələr günü münasibəti ilə bir daha rayon təşkilatının bütün üzvlərini təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Geri dön