Ana Sayfa > Aia TV > "Avtovağzal" stansiyasında vəziyyət təhlükəli hal aldı?

"Avtovağzal" stansiyasında vəziyyət təhlükəli hal aldı?


19-05-2016, 12:11. Yazar: admin



"Bakı Metropoliteninin "Avtovağzal" stansiyasının keçidlərindən birinə su sızmasının qarşısını alınıb".

Aia.az bildirir ki, bunu azvision.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, su sızması Beynəlxalq Avtovağzala gedən keçidlərdən birində olub:

"Su sızması tuneldə və ya stansiyada olmayıb. Tunelə sızma və yuxarıdan axma kimi heç bir qorxulu hal yoxdur. Əməkdaşlarımız dərhal əraziyə gələrək araşdırma aparıblar. Suyun mənbəyi tapılaraq su sızmasının qarşısı alınıb".
Geri dön