Ana Sayfa > Seçki 2024 > Azərbaycan beynəlxalq müzakirələrin aparılması baxımından ən nüfuzlu ünvandır

Azərbaycan beynəlxalq müzakirələrin aparılması baxımından ən nüfuzlu ünvandır


21-06-2022, 17:41. Yazar: admen
Azərbaycan beynəlxalq müzakirələrin aparılması baxımından ən nüfuzlu ünvandır

Sözün əsil mənasında Azərbaycanın davamlı olaraq bir çox beynəlxalq səviyyəli məsələlərin müzakirəsi ilə bağlı mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin gücünün və artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IX Qlobal Bakı Forumu da bu qəbildən olmaqla, maraqlı və səmərəli diskussiyalarla tarixə düşdü. 50-dən artıq ölkədən nümayəndə heyətinin iştirak etməsi və aparılan müzakirələr bu platformanın vacibliyini bir daha təsdiq etdi.

Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın beynəlxalq müstəvidə yüksək imicə malik olmasını şərtləndirən əsas faktor isə dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətdir. İlham Əliyevin müəyyən etdiyi inkişaf kursu, uğurlu xarici siyasəti və qlobal təşəbbüsləri beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzunu artıraraq ona regionun geosiyasi güc mərkəzi statusu qazandırıb. Məhz İlham Əliyevin yaratmış olduğu inkişaf modeli Azərbaycanın iqtisadi tərəqqisinə, ölkəmizin dünya birliyindəki mövqeyinin sürətli şəkildə möhkəmlənməsinə töhfə verib, inkişaf etmiş dövlətlər sırasında yer almasına yol açıb. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyada tolerantlığın, multikulturalizmin, fərqli mədəniyyətlər arasında nümunəviliyin örnəyini yaradıb. Bu forumda müzakirə olunan əsas məsələlər sülh və təhlükəsizlik ilə bağlı idi. Bu istiqamətdə Prezident İlham Əliyevin yürütdüyü siyasət bütün dünya üçün böyük nümunədir. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini hər zaman bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Dövlət başçısı ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda belə beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, daxili işlərə qarışmama kimi prinsiplər əsasında  xarici siyasət yürüdür. Prezident İlham Əliyevin xarici siyasət fəaliyyəti ölkəmizin təhlükəsizliyi, təcavüzün və separatizmin qarşısının alınması, dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiya kimi məsələləri ehtiva edir.

Yeri gəlmişkən, Forumda müzakirə olunan məsələlərdən biri də enerji təhlükəsizliyi oldu.  Hazırda Azərbaycanın neft, qaz və enerji resurslarına artan tələbatına diqqət çəkən Prezident İlham Əliyevin forumda çıxışı zamanı bəyan etdiyi "Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır. Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq. Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var" sözləri göstərdi ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinə bundan sonra da töhfələr verəcək.

Bakıda keçirilən Qlobal Bakı Forumu bütün dünyada aktual məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu foruma ev sahibliyi etməklə öz üzərinə böyük missiya götürüb. Bu missiya həm də ümumbəşəri dəyərləri təbliğ edir, beynəlxalq hüququn qorunmasına, ölkələrin ərazi bütövlüyünün dəstəklənməsinin zəruriliyinə diqqət çəkir, dünyanın humanitar olması, insan hüquqlarının qorunması üçün mübarizə aparır və bütün bunların göz önündə olması üçün hər şeyi edir.

Atəş Avazov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Dövlət Aqrar
İnkişaf  Mərkəzi ərazi partiya təşkilatınnin sədri

Geri dön