Ana Sayfa > Qərbi Azərbaycan > "Xəstə nəyə görə Bakıya gəlməlidir?"

"Xəstə nəyə görə Bakıya gəlməlidir?"


19-05-2016, 12:09. Yazar: admin
"Xəstə nəyə görə Bakıya gəlməlidir?"


"Respublikanın rayonlarından olan xəstələrin həkim göstərişi ilə Bakıdakı xəstəxanalara və Mirqasımov adına Respublika Xəstəxanasına gəlməsi barədə səhiyyə nazirinin əmri tamamilə normaldır".

Aia.az bildirir ki, bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. O qeyd edib ki, xəstə təhkim olunduğu rayonda müayinə olunursa, Bakıda nə işi var?

"Rayonlardan xəstələrin gəlməsinə nəzarət olmalıdır, yoxsa onun özbaşına Bakıda nə işi var? Özəl klinikalara buyurub gələ bilər. Amma dövlət klinikalarına göndərişlə gəlməlidir. Əgər yerlərdə ona tibbi yardım göstərilə bilirsə, o nəyə görə Bakıya gəlməlidir? Bu mənada səhiyyə nazirinin əmri tamamilə normaldır. Dünyanın hər yerində belədir. Yox, əgər yaşadığı regionun imkanları lazımi müalicəni sənə göstərməyə çatmırsa, onda göndəriş əsasında Səhiyyə Nazirliyinin qeyd etdiyi müvafiq klinikada müalicə ala bilər".

Komitə sədrinin müavini vurğulayıb ki, poliklinikaların xəstəxanalar səviyyəsinə gətirilməsinə ehtiyac yoxdur.

"Poliknlikanın öz funksiyası, xəstəxananın öz funksiyası. Hər bir rayon poliklinikaları ilə yanaşı, Mərkəzi Xəstəxana var, poliklinikalarda aparılan müayinələr həkimi və ya xəstəni qane etməyəndə müayinə və müalicə stasionar şəkildə aparıla bilər".

M.Quliyev bir xəstənin qeydiyyatda olduğu rayonda müalicə almasının məcburiyyət təşkil etmədiyini vurğulayıb.

"Xəstə göndəriş əsasında Səhiyyə Nazirliyinin müvafiq qurumlarında, istənilən dövlət klinikasına gedə bilər. "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunda da var ki, pasiyentin istədiyi həkimi və klinikanı seçməyə hüququ var. Ümumiyyətlə, icbari tibbi sığorta işə düşdükdən sonra bütün problemlər aradan qalxacaq və yeni modern səhiyyə xidmətinin iştirakçıları olacağıq".
Geri dön