Ana Sayfa > Cəmiyyət > Bakıda lisey şagirdi hamını qorxutdu

Bakıda lisey şagirdi hamını qorxutdu


19-05-2016, 12:07. Yazar: admin
Bakıda lisey şagirdi hamını qorxutdu

Mayın 17-də Texniki-Humanitar liseydə bədbəxt hadisə baş verib.

Aia.az bildirir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən azvision.az-a verilən məlumata görə, 6-cı sinif şagirdi Emil Kərimxanov liseyin 3-cü mərtəbəsindən yıxılıb.

İlkin məlumata görə, şagird tənəffüs zamanı liseyin 3-cü mərtəbəsinin pəncərəsindən məlum olmayan səbəbdən aşağı düşüb.

İdarədən onu da bildiriblər ki, hadisə zamanı əraziyə təcili tibbi yardım çağırılıb, şagirdə yardım göstərilərək 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilb.

Hazırda Emil Kərimxanovun vəziyyəti qənaətbəxşdir.

Hadisənin təfərrüatları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində araşdırma aparılır.
Geri dön