Ana Sayfa > Qərbi Azərbaycan > Günəşli havada tor və hörmə şəklində olan baş geyimlərindən istifadə etmək daha yaxşıdır
Günəşli havada tor və hörmə şəklində olan baş geyimlərindən istifadə etmək daha yaxşıdır21-06-2022, 09:08. Yazar: sevinc1 |
Yayın gəlişi pozitiv ovqat yaratsa da, Günəş şüalarının mənfi təsiri qaçılmazdır. Bu fəsildə daha çox günvurmalardan qorunmaq lazımdır. Bunun üçün bəzən müxtəlif papaq və çətirlərdən istifadə olunur. Mütəxəssislər bildirirlər ki, Günəşə allergiyası, xüsusilə də açıq rəngli dərisi olanlar özlərini ondan qorunmalıdır. Mərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimova deyib: “Həmçinin dərinin açıq yerlərində xal adlandırılan dəri törəmələri olarsa, onları Günəşdən mütləq qorumaq lazımdır. Ona görə də ağ dərili, gözlərinin rəngi açıq mavi, saçlarının rəngi açıq, qızılı rəngli olanlar Günəşdən özlərini daha çox qorumalıdırlar. Ona görə də şlyapa, baş geyimləri, üzü örtə biləcək dimdikli baş geyimlərindən istifadə etmək məqsədəuyğundur”. Bəzən papaqlardan istifadə edərkən düzgün material seçilmir. Həkim-dermatoloqun dediyinə görə, bu, baş dərisinin tərləməsinə və digər problemlərə aparıb çıxarır: “Hava keçirən papaq seçmək lazımdır. Gün altında baş dərisi tərləyir və bu da problem yaradır. Tərin ifraz etdiyi duzlar dəriyə qıcıq verir, müəyyən səpgilər yaradır və s. Günəşdən qoruyan papağı fasilələrlə qoymaq lazımdır. Tor və hörmə şəklində olan papaq və şlyapalar daha yaxşıdır. İsti havalarda həm üst, həm də baş geyimlərində dərinin nəfəs almasını təmin etmək üçün pambıq, kətan və digər təbii materialdan hazırlanan məsaməli baş geyimləri daha uyğundur”. Günəşli havada çox gəzmək saçlara da mənfi təsir edir, onu qurudur, parlaqlığını aparır. Ona görə də Günəş əleyhinə papaq və çətirlərdən mütləq istifadə edilməlidir. Geri dön |